Bank Of Baku

Azərbaycanda illik inflyasiya 9%-i ötüb

Azərbaycanda illik inflyasiya 9%-i ötüb
# 14 aprel 2011 14:06 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-mart aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 9,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, xidmət tarifləri isə 3,1% bahalaşıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci il üçün Azərbaycanda inflyasiyanın 10,3%, Asiya İnkişaf Bankı isə 4% olacağını proqnozlaşdırır. Azərbaycan hökumətinin proqnozlarına görə isə, bu il inflyasiyanın səviyyəsi 5% olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR