Bank Of Baku

Çinin qızıl ehtiyatlarının həcmi 3 trln. dolları keçib

Çinin qızıl ehtiyatlarının həcmi 3 trln. dolları keçib
# 14 aprel 2011 14:20 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin qızıl ehtiyatlarının həcmi bu ilin I rübünün yekunlarına əsasən 197,4 mlrd. dollar artaraq 3 trln. 44 mlrd. dollara çatıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Çin Xalq Bankı açıqlama yayıb.

Bundan əvvəlki rübdə Çinin qızıl ehtiyatlarının həcmi 2,85 trln. dollara yüksəlib. Bu ilin I rübünün göstəricisi isə ötən ilin analoji dövrünün göstəricisindən 25% çoxdur.

Bu göstəricilər Çin Mərkəzi Bankının dollar və digər xarici valyutaları aktiv şəkildə alması ilə bağlıdır. ABŞ və Qərb ölkələri milli valyutanın kursuna sərt nəzarət siyasətindən əl çəkməsi üçün Çinə təzyiq edirlər. Amma məhz yuanın aşağı salınmış kursu Çinə mütəmadi olaraq ticarət balansının profisitini nümayiş etdirmək imkanı verir.

Qeyd edək ki, Çin öz qızıl ehtiyatları barədə ətraflı məlumatı ilk dəfə 2010-cu ilin sentyabrında açıqlayıb. Həmin vaxt bu göstərici 2,45 trln. dollar təşkil edib. İkinci yerdə gələn Yaponiyanın qızıl ehtiyatlarının həcmi 1 trln. dollardır. Üçüncü yerdə isə Rusiya qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR