Bank Of Baku

Azərbaycanda nağdsız ödənişlərin artırılması üçün təkliflər hazırlanıb

Azərbaycanda nağdsız ödənişlərin artırılması üçün təkliflər hazırlanıb
# 14 aprel 2011 14:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi nağdsız ödənişlərin artırılması ilə bağlı təkliflər hazırlayaraq Prezident Administrasiyası və Nazirlər Kabinetinə təqdim edib. Bu barədə «APA-Economics»ə vergilər nazirinin I müavini Natiq Əmirov bildirib: «Layihə artıq hökumətdədir və yəqin aprelin sonunadək bununla bağlı münasibət bildiriləcək».

Təkliflərin mahiyyətini açıqlamayan nazir müavini qeyd edib ki, burada nağdsız hesablaşmaları artırmaq üçün həm stimullaşdırıcı, həm də inzibati tədbirlər nəzərdə tutulur: «Müxtəlif təkliflər var, bunlardan hansının təsdiqlənəcəyini deyə bilmərəm».

N.Əmirov bildirib ki, təkliflərin məqsədi ölkədə nağd ödəniş əməliyyatlarını azaltmaq və onları mümkün qədər nağdsız müstəviyə, yəni bank sektoruna yönəltməkdir. Ümumi sayı 8-10 bənddən ibarət olan təkliflərdə nağdsız ödənişlərin stimullaşdırılması üçün vergi güzəştlərinin təqdim edilməsi də əksini tapıb. Bundan başqa, nağdsız ödənişlərin təmin edilməsi məqsədilə texniki məsələlərin həll edilməsi xərcləri üzrə banklar üçün də güzəştlər nəzərdə tutulub. Təkliflər qəbul olunacağı təqdirdə qanunvericilikdə lazımi dəyişikliklərin edilməsi, eləcə də dövlət başçısının müvafiq sərəncamının qəbul ediləcəyi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR