Bank Of Baku

«Muğan Bank» bu ilin I rübündə mənfəətini 61% artırıb

«Muğan Bank» bu ilin I rübündə mənfəətini 61% artırıb
# 14 aprel 2011 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC 2011-ci ilin yanvar-mart ayları ərzində 1,173 mln. manat həcmində mənfəət əldə edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 61% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 35,4% artaraq 7,195 mln. manat, o cümlədən faiz gəlirləri 24% artaraq 5,169 mln. manat, qeyri-faiz gəlirləri 77,3% artaraq 2,026 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın ümumi xərcləri 31,4% artaraq 6,022 mln. manata, o cümlədən faiz xərcləri 11,1% artaraq 2,704 mln. manata, qeyri-faiz xərcləri isə 54,3% artaraq 3,318 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın faiz mənfəəti 42,08% artaraq 2,465 mln. manata qeyri-faiz zərəri isə 28,30% artaraq 1,292 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 37 bankomatı və 78 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR