Bank Of Baku

Azərbaycanın maliyyə naziri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentini qəbul edib - FOTO

Azərbaycanın maliyyə naziri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentini qəbul edib - <font color=red>FOTO</font>
# 14 aprel 2011 15:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Andrey Kondakovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Bankla Azərbaycan arasında hazırkı əlaqələr, o cümlədən gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verən A.Kondakov bankın Azərbaycanda 14 layihəni maliyyələşdirdiyini bildirib.

S.Şərifov Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Son illərdə ölkə iqtisadiyyatının yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir bildirib ki, Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq kredit reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

Görüşdə 2011-2014-cü illəri əhatə edəcək bankın Azərbaycan üzrə strategiyası da müzakirə edilib, strategiyanın prioritetlərinin dəqiqləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkə üzrə strategiyada xüsusilə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafının prioritet sahələr kimi nəzərə alınmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, 1996-cı ildə təsis edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Ermənistan, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukraynanın üzvü olduğu Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyir, üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir. QDTİB-nın kapitalında Azərbaycanın payı 5% təşkil edir. 11 illik fəaliyyəti dövründə bank Azərbaycanda dəyəri 100 mln. avro olan 14 layihəni maliyyələşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR