Bank Of Baku

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Büdcə xərclərinin artırılması əsasən sosial məsələlərə yönəldiləcək”

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Büdcə xərclərinin artırılması əsasən sosial məsələlərə yönəldiləcək”
# 15 aprel 2011 07:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın dövlət büdcəsinə cari il üçün ediləcək dəyişikliklər çərçivəsində xərclərin artımı əsasən sosial məsələlərə yönəldiləcək. Bu barədə «APA-Economics»ə Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.

Onun sözlərinə görə, maaş və pensiyaların artımı zərurəti inflyasiyanın artması ilə bağlıdır: “Dünyada gedən proseslər, inflyasiyanın artması ilə bağlı olaraq ilk növbədə büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarında və pensiyalarda müəyyən artım gözlənilir».

Bundan başqa, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar büdcədən maliyyələşdirmə də artırılacaq. Dövlət başçısının tapşırığı ilə Bakının kənd və qəsəbələrinin inkişafı proqramının hazırlandığını xatırladan M.Rəhimov bildirib ki, vəsaitlərin bir hissəsi buna yönəldiləcək. Bu sahəyə nə qədər vəsaitin ayrılacağını dəqiqləşdirməyən şöbə müdiri xatırladıb ki, Bakının 40-a yaxın qəsəbəsi var və demək olar ki, burada bütün yolların təmiri, eləcə də kommunikasiya və sosial obyektlərin tikintisi və s. işlər nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR