Bank Of Baku

Prezident Administrasiyası: Neftin bahalaşması davam etsə, Azərbaycanda inflyasiya 10%-i keçə bilər

Prezident Administrasiyası: Neftin bahalaşması davam etsə, Azərbaycanda inflyasiya 10%-i keçə bilər
# 15 aprel 2011 07:59 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın “Bank of America” və “Merrill Lynch” kimi nüfuzlu maliyyə qurumları bu il ərzində neftin qiymətinin 160 dollara çatması ehtimalının böyük olduğunu bildirib. Bahalaşmanın əsas səbəbi olaraq neftə tələbatın artması və Liviya hadisələri göstərilir. Bəzi proqnozlarda isə neftin qiymətinin hətta 200 dollara çatacağı bildirilir.

M.Rəhimovun sözlərinə görə, hökumət inflyasiyanı birrəqəmli həddə saxlamağa çalışır, lakin neftin bahalaşması davam etsə, inflyasiyanın qarşısını almaq çətin olacaq: «Çünki bu bizdən asılı olmayacaq. Xaricdən gələn idxal mallarının qiyməti artsa, hökumət nə edə bilər?»
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR