Bank Of Baku

Sabah Azərbaycan, Türkiyə və İran arasında gömrük sahəsində əməkdaşlıq haqqında memorandum imzalanacaq

Sabah Azərbaycan, Türkiyə və İran arasında gömrük sahəsində əməkdaşlıq haqqında memorandum imzalanacaq
# 15 aprel 2011 08:51 (UTC +04:00)
Bakı - APA-Economics. Sabah Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiya (İran) şəhərində keçiriləcək görüşündə gömrük sahəsində əməkdaşlıq haqqında memorandum imzalanacaq.

APA-Economics”in İRNA-ya istinadən xəbərinə görə, bu barədə İranın Qərbi Azərbaycan ostandarlığının Ticarət Evinin rəhbəri Cəfər Sadiq bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşün məqsədi gömrük məntəqələrində bəzi maneələrin aradan qaldırılması, üç ölkə arasında ticarət və gömrük prosedurlarının sadələşdirilməsidir.

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin şənbə günü Urmiya şəhərində baş tutacaq görüşündə ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə mövzusu olacaq.

Qeyd edək ki, XİN başçıları artıq bir dəfə - ötən ilin dekabrında İstanbul (Türkiyə) şəhərində görüşüblər. İqtisadi əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü çərçivəsində baş tutan görüşdə regional məsələlərin həlli məqsədilə analoji müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR