Bank Of Baku

«AXA MBASK» sığorta şirkəti «İlin sığorta şirkəti» mükafatına layiq görülüb

«AXA MBASK» sığorta şirkəti «İlin sığorta şirkəti» mükafatına layiq görülüb
# 15 aprel 2011 08:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AXA MBASK» sığorta şirkəti Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən (Caspian Integration Business Club - CEIBC) beynəlxalq «Caspian Energy Integration Award-2011» mükafatı ilə təltif edilib.

«AXA MBASK»dan «APA-Economics»ə verilən məlumata görə, CEIBC tərəfindən dünyanın 32 ölkəsində, Xəzər-Qara Dəniz və Baltik dənizi regionlarında fəaliyyət göstərən 1500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri (CEIBC üzvləri və “Caspian Energy” beynəlxalq nəşriyyat evinin nəşrlərinin oxucu auditoriyası) arasında keçirilmiş sorğunun nəticələrinə görə «AXA MBASK» «İlin sığorta şirkəti» mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən «AXA MBASK»ın İdarə Heyətinin sədr müavini Rəşad Abbasov bildirib ki, yeni «AXA MBASK» brendi altında şirkət dinamik inkişaf etməkdə davam edir: «Şirkət bundan sonra da müştərilərə xidmətin yüksək səviyyəsini qoruyub saxlayacaq və şirkətin yeni şüarına müvafiq olaraq «sığorta olunmaya yeni baxış» gətirmək üzərində işləyəcək».

Qeyd edək ki, son iki ay ərzində bu, artıq şirkətin ikinci mükafatıdır. Cari ilin mart ayında «AXA MBASK» sığorta şirkəti iqtisadiyyat və biznes sahəsində «Azərbaycan bazarında beynəlxalq sığorta olunma təcrübəsinin tətbiq edilməsindəki payına» görə «UĞUR» Milli Mükafatını alıb.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR