Bank Of Baku

«Bank Avrasiya»nın aktivləri son bir ildə 30% artıb

«Bank Avrasiya»nın aktivləri son bir ildə 30% artıb
# 15 aprel 2011 09:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 64,276 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,7% artaraq 17,666 mln. manat, o cümlədən istehlak kreditləri 62% azalaraq 1,970 mln. manat, depozit portfeli 63% genişlənərək 38,888 mln. manat, o cümlədən əhalinin əmanətləri 33,196 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 5,04% azalaraq 19,267 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 28,6% artaraq 1,200 mln. manata, xərcləri isə 2,2 dəfə artaraq 2,344 mln. manata çatıb. Nəticədə, bankın bu ilin yanvar-mart aylarındakı zərəri 1,143 mln. manat olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 7,7 dəfə çoxdur.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Cari ilin aprelin 1-nə bankın müştərilərinin sayı 1 632, aktiv plastik kartların sayı 984, işçilərin sayı isə 45 nəfər olub. Hazırda bankın 1 filialı, 4 bankomatı və 23 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR