Bank Of Baku

Gələn ay «Rabitəbank»ın Müşahidə Şurasının növbəti iclası keçiriləcək

Gələn ay «Rabitəbank»ın Müşahidə Şurasının növbəti iclası keçiriləcək
# 15 aprel 2011 09:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mayın 30-da Azərbaycanın «Rabitəbank» ASC-nin Müşahidə Şurasının növbəti iclası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın 2010-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunları, Audit Komitəsinin hesabatı, 2010-cu ilin yekunları üzrə mənfəət və zərərlər haqqında hesabatın təsdiqi, həmçinin bankın Müşahidə Şurası və İdarə Heyətinin tərkibinin təsdiq edilməsi məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 121,821 mln. manat, kredit portfeli 85,448 mln. manat, depozit portfeli 102,840 mln. manat, məcmu kapitalı 13,248 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,103 mln. manat təşkil edib. Bankın ölkə üzrə 20 filialı, 28 bankomatı və 138 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR