Bank Of Baku

«Muğan Bank»ın aktivləri son bir ildə 33% artıb

«Muğan Bank»ın aktivləri son bir ildə 33% artıb
# 15 aprel 2011 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 205,392 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 32,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32% artaraq 142,566 mln. manat, depozit portfeli isə 19,2% genişlənərək 66,302 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 19,2% artaraq 26,461 mln. manata, o cümlədən nizamnamə kapitalı 17,1% artaraq 22,250 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 32% artaraq 46 619, o cümlədən fiziki şəxslərin sayı 40% artaraq 41 900, hüquqi şəxslərin sayı isə 11,1% azalaraq 4 815 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 18% azalaraq 7 339-ə, o cümlədən debet kartlarının sayı 17,3% azalaraq 6 548-ə, kredit kartlarının sayı isə 23% azalaraq 791-ə çatıb.

Bundan başqa, bu müddətdə bank tərəfindən əlavə 2 filial, 7 bankomat və 9 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 37 bankomatı, 78 POS-terminalı və 501 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR