Bank Of Baku

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsində mənfi saldo yaranıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsində mənfi saldo yaranıb
# 15 aprel 2011 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan MDB ölkələri ilə 789,7 mln. ABŞ dolları həcmində ticarət dövriyyəsi aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycandan MDB ölkələrinə ixrac olunmuş məhsulların dəyəri 376,7 mln. dollar, MDB ölkələrindən Azərbaycana idxalın dəyəri isə 413 mln. dollar təşkil edib. Nəticədə, 36,3 mln. dollarlıq mənfi saldo yaranıb.

«Hesabat dövründə MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 51,4%, o cümlədən ixrac 37%, idxal isə 69,5% artıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, ötən ilin ilk iki ayı ərzində MDB ölkələri ilə 128,9 mln. dollarlıq müsbət saldo qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR