Bank Of Baku

Azərbaycanda martda gömrük vergi və rüsumların toplanması 43% artıb

Azərbaycanda martda gömrük vergi və rüsumların toplanması 43% artıb
# 15 aprel 2011 13:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin mart ayında Azərbaycan övlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə 100,128 mln. manat həcmində gömrük vergi və rüsumları köçürülüb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, ötən ay büdcəyə gömrük rüsumları şəklində 17,654 mln. manat, əlavə dəyər vergisi kimi 77,471 mln. manat köçürülüb. Martda aksizlər 4,109 mln. manat, yol vergiləri üzrə isə 0,895 mln. manat vəsait toplanıb.

Fevral ayına nisbətən martda büdcəyə köçürülən məbləğ 43% artıb. Artımın əsas mənbəyi ƏDV yığımlarındakı çoxalma olub. Belə ki, ötən ay ƏDV üzrə ödənişlər fevrala nisbətən 58,5% artıb.

Ümumilikdə, bu ilin ilk üç ayında gömrük orqanları dövlət büdcəsinə 240,563 mln. manat köçürüblər. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1% artıqdır.

Martda toplanan vəsaitlərin 49,720 mln. manatı gömrük rüsumları, 178,633 mln. manatı ƏDV, 9,636 mln. manatı aksizlər, 2,574 mln. manatı yol vergisi üzrə ödəmələrin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR