Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu I rübdə 6% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu I rübdə 6% artıb
# 15 aprel 2011 14:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 116 ölkəsi ilə 7 336,450 mln. ABŞ dolları həcmində ticarət əməliyyatı aparıblar. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən ticarət dövriyyəsi 32,15% artıb.

Ticarət əməliyyatlarının 1 891,635 mln. dolları idxalın, 5 444,815 mln. dolları ixracın payına düşüb. Nəticədə, 3 553,180 mln. dollar həcmində müsbət saldo yaranıb.

Ötən ilin I rübünə nisbətən idxal 63,1%, ixrac 23,97%, müsbət saldo isə 6,04% artıb.

Hesabat dövründə xarici iqtisadi fəaliyyətlə 3 457 şəxs məşğul olub. Bunlardan 1 302-si fiziki, 2 155-i isə hüquqi şəxsdir. Hüquqi şəxslərin 169-u dövlət, 1 986-ı qeyri-dövlət sektorunun təmsil edir.

Komitənin məlumatına görə, ixracın 95,48%-i dövlət, 4,22%-i özəl sektorun və cəmi 0,3%-i fiziki şəxslərin payına düşür. İdxalın isə 57,8%-i özəl, 37,3%-i dövlət sektorunun, 4,9%-i fiziki şəxslərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR