Bank Of Baku

Azərbaycanda əhalinin adambaşına gəlirləri I rübdə 15% artıb

Azərbaycanda əhalinin adambaşına gəlirləri I rübdə 15% artıb
# 15 aprel 2011 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda əhalinin adambaşına gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 721,5 manat və ya orta hesabla ayda 240,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 6,2 faiz bəndi üstələyib.

«Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 6,5 mlrd. manatlıq gəlirin 69,9%-i son istehlak xərclərinə, 8,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 20,6%-i isə yığıma yönəldilib», - deyə Komitədən bildirilib.

Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 6 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 18,1% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR