Bank Of Baku

Misir beynəlxalq kreditorlardan və G7 ölkələrindən 10 mlrd. dollar istəyir

Misir beynəlxalq kreditorlardan və G7 ölkələrindən 10 mlrd. dollar istəyir
# 15 aprel 2011 14:43 (UTC +04:00)
Bakı - APA-Economics. Misir hökuməti ölkənin infrastrukturunun bərpası üçün beynəlxalq kreditorlara və G7 ölkələrinə 10 mlrd. dollar maliyyə yardımı ayrılması xahişi ilə müraciət etməyə hazırlaşır.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla Misirin maliyyə naziri Samir Radvan Beynəlxalq Valyuta Fondunun Vaşinqtondakı mənzil-qərargahında çıxış edib.

Qeyd edək ki, bundan əvvəl Misir ABŞ-a müraciət edərək, gənclər üçün iş yerlərinin açılmasında və iqtisadi artımın bərpasında yeni hökumətə yardım etmək məqsədilə ölkənin borclarının silinməsini təklif edib. misirin planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Faizə Əbu ən-Naqanın dediyinə görə, söhbət 3,6 mlrd. dollardan gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR