Bank Of Baku

Azərbaycanda kreditlərin həcmi son bir ildə 10% artıb

Azərbaycanda kreditlərin həcmi son bir ildə 10% artıb
# 18 aprel 2011 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il mart ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7% artaraq 9,2 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-mart aylarında kredit qoyuluşunun 43,1%-i dövlət, 54,7%-i özəl banklar, 2,3%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib: «Verilmiş kreditlərin 72,7%-ni uzunmüddətli kreditlər təşkil edib, 5,6%-nin ödənilmə vaxtı keçib».

Hesabat dövründə qısamüddətli kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 2 501,4 mln. manat, uzunmüddətli kreditlərin həcmi 8,4% artaraq 6 651,4 mln. manat, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 42,1% artaraq 509,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR