Bank Of Baku

Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi 8% artıralacaq

Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi 8% artıralacaq
# 18 aprel 2011 07:48 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, dəyişikliklər əsasən sosial istiqamətli olacaq: “Vəsaitlərin böyük hissəsi maaş və pensiyaların artırılmasına yönələcək”.

Qeyd edək ki, Azərbaycanın 2011-ci il dövlət büdcəsinin gəlirləri 12,061 mlrd. manat, xərcləri 12,748 mlrd. manat həcmində təsdiqlənib. Artıq bu ay ərzində büdcəyə dəyişikliklərin edilməsi nəzərdə tutulub. Ən vacib dəyişikliyin neftin büdcədəki baza qiymətinin 60 dollar/barel səviyyəsindən 80 dollar/barelə qədər artırılması ilə bağlı olacaq. Gözlənilən dəyişiklik nəticəsində dövlət büdcəsinin məxaric hissəsinin 7,8% artırılacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR