Bank Of Baku

«AtaSığorta» şirkətinin daxilolmaları I rübdə 68% artıb

«AtaSığorta» şirkətinin daxilolmaları I rübdə 68% artıb
# 18 aprel 2011 09:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 1,474 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 67,6% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə həyata keçirilən ödənişlərin həcmi 2,8 dəfə artaraq 0,254 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin I rübündə şirkətin ümumi gəlirləri 2,292 mln. manat, xərcləri isə 2,122 mln. manat olub. Nəticədə, şirkətin mənfəəti 0,170 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR