Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi dəyişməz qalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi dəyişməz qalıb
# 18 aprel 2011 09:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2011-ci ilin yanvar-mart ayları üzrə 1,32 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu da 2011-ci il yanvar-fevral ayları üzrə göstəriciyə bərabərdir:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. İndeksin əvvəlki ayın eyni səviyyədə qalması əhalinin gəlirləri ilə xərcləri arasındakı nisbi fərqin eyni səviyyədə qalmasından xəbər verir. Bu isə öz növbəsində istehlak xərcləri çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsaitin sabit olduğunu göstərir.

Qeyd edək ki, 2011-ci ilin yanvar-mart aylarında pərakəndə əmtəə dövriyyəsi 3 765,4 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1 170,6 mln. manat, əhalinin gəlirləri isə 6 496,5 mln. manat təşkil edib. Beləliklə, hesabat dövründə gəlirlər xərcləri 1 560,5 mln. manat üstələyib ki, bu da analoji yanvar-fevral göstəricisindən 53,4% çoxdur. Lakin nisbi göstəricilərə görə üstələmə həcmi 32%-lik səviyyədə qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR