Bank Of Baku

Oman hökuməti vətəndaşlara 2,6 mlrd. dollar xərcləyəcək

Oman hökuməti vətəndaşlara 2,6 mlrd. dollar xərcləyəcək
# 18 aprel 2011 09:58 (UTC +04:00)
Bakı - APA-Economics. Oman hökuməti ölkəni bürüyən kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün 2,6 mlrd. dollar xərcləməyi planlaşdırır.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, hökumətin yaydığı açıqlamada bildirilir ki, etirazçıların ehtiyaclarının ödənilməsinə, eləcə də vətəndaşlara subsidiyalar verilməsinə 1 mlrd. rial (2,6 mlrd. dollar) ayrılacaq.

Qeyd edək ki, bu ilin fevral ayının sonlarından etibarən Omanda hökumət əleyhinə aksiyalar keçirilir. Etirazçılar yeni iş yerlərinin açılmasını və siyasi islahatlar aparılmasını tələb edirlər. Aksiyalar xüsusi xidmət orqanları tərəfindən yatırılarkən ölən və yaralananlar olub.

Oman sultanı Kabus ben Səid etirazları səngitmək üçün hökumətdə bəzi dəyişikliklər edib və dövlət sektorunda 50 min yeni iş yeri açmağa söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR