Bank Of Baku

«Muğan Bank»ın kredit portfeli I rübdə 32% artıb

«Muğan Bank»ın kredit portfeli I rübdə 32% artıb
# 18 aprel 2011 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 142,566 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 32% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin strukturunda istehlak kreditlərinin həcmi 37% artaraq 22,083 mln. manata, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 73% artaraq 19,696 mln. manata, vaxtı keçmiş kreditlərin həcmi isə 2,2 dəfə artaraq 2,979 mln. manata çatıb.

Bu müddət ərzində bankın depozit portfeli 19,2% genişlənərək 66,302 mln. manat, o cümlədən əhalinin əmanətləri 25,8% artaraq 56,577 mln. manat, müddətli depozitləri 27,1% artaraq 52,737 mln. manat, tələb olunanadək depozitlər isə 9,4% artaraq 3,841 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 37 bankomatı, 78 POS-terminalı və 501 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR