Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 10% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 10% artıb
# 18 aprel 2011 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 10,2% üstələyərək 1 170,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 62,4%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8% artaraq 913,2 mln. manata çatıb.

Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 43,3 manatlıq və ya 4,7 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR