Bank Of Baku

Dünya Bankı Azərbaycana investisiyalarını artırıb

Dünya Bankı Azərbaycana investisiyalarını artırıb
# 18 aprel 2011 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 32 361,5 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji aylarına nisbətən 15,2% artıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 6,9% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın Azərbaycanda 18 layihə üzrə aktiv portfeli 2,2 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR