Bank Of Baku

Dünyanın ən varlı adamı 1 mlrd. dollar cərimələnib

Dünyanın ən varlı adamı 1 mlrd. dollar cərimələnib
# 18 aprel 2011 12:28 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən varlı adamı olan meksikalı milyarder Karlos Slimin şirkəti 1 mlrd. dollar cərimələnib.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, Meksikanın Federal Rəqabət Komissiyası ölkənin ən nəhəng telekommunikasiya şirkəti olan “America Movil”in və onun törəmə müəssisəsi olan “Radiomovil Dipsa” (“Telcel”) şirkətinin fəaliyyətində qanunsuzluqlar aşkarlayıb.

Komissiya “Telcell”i rouminq və daxil olan zənglərin tariflərini artırmaqda, “America Movil”i isə rəqiblərinə yerüstü mobil rabitənin qiymətlərini yüksəltməkdə günahlandırır. Şirkət rəhbərliyi qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini bildirir.

Qeyd edək ki, “America Movil” Meksikada mobil rabitə səhmlərinin 70%-nə nəzarət edir, “Telcell”in müştərilərinin 90%-i isə meksikalılardır. Ümumiyyətlə, telekommunikasiya 74 mlrd. dollar sərvəti olan Karlos Slimin əsas biznesi sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR