Bank Of Baku

«Əmrah Sığorta» şirkətinin daxilolmaları I rübdə 18% azalıb

«Əmrah Sığorta» şirkətinin daxilolmaları I rübdə 18% azalıb
# 18 aprel 2011 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrah Sığorta» şirkətinin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 122,457 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18,4% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə həyata keçirilən ödənişlərin həcmi 33% artaraq 53,042 min manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə toplanan sığorta haqlarının həcmi 121,084 min manat, icbari sığorta növləri üzrə isə 1,322 min manat təşkil edib. Bununla yanaşı, ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (84,311 min manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (26,530 min manat) növləri üzrə toplanılıb ki, bu növlərin məcmu sığorta haqlarında xüsusi çəkisi müvafiq olaraq 69% və 22% təşkil edib.

Təhlil aparılan dövr ərzində şirkətin ödənişlər üzrə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (49,192 min manat və ya 93%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (3,850 min manat) növləri üzrə ödənilib.

Qeyd olunan dövr ərzində şirkətin ümumi gəlirlərinin həcmi 82% artaraq 283,639 min manata, xərcləri isə 30% artaraq 141,770 min manata çatıb. Nəticədə, son bir il ərzində şirkətin mənfəəti 3 dəfə artaraq 141,869 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 2 yerli fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR