IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbəti kimi hesablanır. Belə ki, indeks mart ayında istehsal edilmiş məhsulun dəyərinin (2 632,9 mln. manat) fevralda istehsal edilmiş məhsulun dəyərinə (2 685,2 mln. manat) bölünməklə hesablanıb.
IPI indeksinin kəskin azalması sənaye istehsalının martdakı artımının əvvəlki ayın eyni göstəricisindən daha aşağı olduğunu göstərir. Eyni zamanda, indeksin 100%-dən aşağı olması da mənfi göstəricidir, çünki martda sənaye istehsalının aylıq müqayisədə azalmasından xəbər verir. Belə ki, fevralda yanvara nisbətən artım 23,4% təşkil etmişdirsə, martda fevrala nisbətən 1,9%-lik azalma baş verib.