Bank Of Baku

«Aqrarkredit» bu il kredit portfelini 7% artıracaq

«Aqrarkredit» bu il kredit portfelini 7% artıracaq
# 18 aprel 2011 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı 2011-ci il ərzində kredit portfelini 7% artıraraq 18 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında «Aqrarkredit»in İdarə Heyətinin sədri Məmməd Musayev bildirib.

M.Musayevin sözlərinə görə, təşkilatın planlarına uyğun olaraq hər il «Aqrarkredit»in kredit portfeli 1-2 mln. manat artır. Kredit portfeli əsasən sahibkarlıq subyektləri, heyvandarlıq və bitkiçilik sahələri, həmçinin ticarət və xidmət sektorlarına ayrılan vəsaitlər hesabına artırılacaq.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə təşkilatın aktivlərinin həcmi 26,642 mln. manat, məcmu kapitalı 13,800 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,535 mln. manat təşkil edib. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR