Bank Of Baku

«Turanbank» xaricdən yeni kredit cəlb edib

«Turanbank» xaricdən yeni kredit cəlb edib
# 18 aprel 2011 14:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC Almaniyanın «Bank im Bistum Essen» maliyyə təşkilatı ilə 1,5 mln. ABŞ dolları dəyərində kredit sazişi imzalayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, cəlb olunan kredit ölkədə mikromaliyyə layihələrinin inkişafına yönəldiləcək.

Qeyd edək ki, «Turanbank»ın aktivləri 2011-ci ilin fevralın 1-nə 133,5 mln. manat, kredit portfeli 106,6 mln. manat, depozit portfeli 45,7 mln. manat, məcmu kapitalı 24 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.

Təsisçisi 5 hüquqi (21,51%) və 20 fiziki şəxs olan (78,49%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR