Bank Of Baku

«Xalq Bank»ın yeni regional filialı açılıb

«Xalq Bank»ın yeni regional filialı açılıb
# 18 aprel 2011 14:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən Azərbaycanın «Xalq Bank» ASC-nin İsmayıllı filialı fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, bankın regionda yerləşən sayca 11-ci filialıdır.
İsmayıllı şəhəri, H.Əliyev pr-ti,97 ünvanda yerləşən filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla bank xidmətlərinin tam spektrindən faydalanmaq imkanı verir.
Qeyd edək ki, hazırda «Xalq Bank»ın Bakıda və regionlarda 14 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bu ilin sonunadək bank daha bir neçə filial açmağı planlaşdırır.
Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR