Bank Of Baku

«Deka Bank» bu ilin I rübündə mənfəətini 38% artırıb

«Deka Bank» bu ilin I rübündə mənfəətini 38% artırıb
# 18 aprel 2011 14:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 42,795 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 29% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 56% artaraq 40,103 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 81% artaraq 17,931 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın depozit portfeli 50,1% genişlənərək 12,497 mln. manat, o cümlədən əhalinin əmanətləri 11,170 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 10,4% artaraq 15,206 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,9% artaraq 12,439 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 35,5% artaraq 2,246 mln. manat, xərcləri isə 32,3% artaraq 0,896 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 38% artaraq 1,350 mln. manat təşkil edib.

Xatırladaq ki, «Deka Bank» ASC 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin aprelin 1-nə bankın 7 filialı, 1 bankomatı, 16 POS-terminalı və 89 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR