Bank Of Baku

Barak və Mişel Obamaların gəliri üç dəfə azalıb

Barak və Mişel Obamaların gəliri üç dəfə azalıb
# 19 aprel 2011 07:48 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obamanın və onun xanımı Mişelin birgə gəlirləri 2010-cu ildə 1,73 mln. dollar təşkil edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə prezidentin ailəsinin vergi bəyannaməsində bildirilir.

Prezident və xanımının ötən ilki gəliri 2009-cu illə müqayisədə təxminən 3 dəfə azalıb. Həmin il bu rəqəm 5,5 mln. dollar olub. Bir il əvvəl olduğu kimi, 2010-cu ildə də ABŞ prezidentinin ailəsinin əsas gəlirini Barak Obamanın yazdığı kitablara görə aldığı qonorarlar təşkil edib. Onun illik maaşı 400 min dollardır. Barak və Mişel Obamalar 2010-cu ildə federal büdcəyə 453 770 dollar vergi ödəyiblər. Bundan başqa, ABŞ prezidentinin ailəsi 2010-cu ildə xeyriyyə tədbirlərinə 245 min dollar (məcmu gəlirin 14%-ni) sərf edib. Bundan bir il əvvəl sözügedən rəqəm 329 min dollar olub.

ABŞ-ın vitse-prezidenti Co Bayden və onun xanımı Cillin gəlirlərində isə dəyişiklik baş verməyib. Cütlük 2009-cu ildə olduğu kimi, 2010-cu ildə də təxminən 379 min dollar qazanıb. Bu vəsaitin 86,6 min dolları büdcəyə vergi olaraq ödənilib, 5,36 min dollar isə xeyriyyəçilik məqsədilə sərf olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR