Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi kəskin artıb

Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi kəskin artıb
# 19 aprel 2011 08:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 79,84%-i və ya 5 857,644 mln. dolları uzaq xarici ölkələrlə ticarət əməliyyatlarının payına düşüb. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə uzaq xarici ölkələrlə ticarət əməliyyatlarının həcmi 20,33% artıb.

Hesabat dövründə uzaq xarici ölkələrə ixracın həcmi 4 587,791 mln. dollar, idxalın həcmi isə 1 269,853 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 12,2%, idxal isə 63,06% artıb.

Ticarət əməliyyatlarında ən böyük artım MDB ölkələri üzrə baş verib. Belə ki, yanvar-mart aylarında ticarət dövriyyəsinin 20,16%-i və ya 1 478,806 mln. dolları MDB ölkələri ilə aparılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ilə aparılan ticarət əməliyyatlarının həcmi 2,16 dəfə artıb. Bu dövrdə Birlik ölkələrinə ixracın həcmi 857,024 mln. dollar, idxalın həcmi isə 621,782 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 2,83 dəfə, idxal isə 63,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR