Bank Of Baku

«Parabank» təkrar nəzarət auditindən keçib

«Parabank» təkrar nəzarət auditindən keçib
# 19 aprel 2011 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Moody’s International» agentliyi tərəfindən keçirilən növbəti nəzarət auditindən keçib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, auditin məqsədi iş prosesinin, inteqrasiya menecment sisteminin keyfiyyətinin dəstəklənməsi və daimi təkmilləşdirilməsi, həmçinin ISO 9001:2008 standartının tələblərinə uyğun yoxlanılması olub. Yoxlama zamanı tələblərə uyğun olaraq həyata keçirilən sistemin bütün elementləri audit qrupu tərəfdən araşdırılıb. Nəzarət auditi zamanı aşkarlanan uyğunsuzluqlar və tövsiyələr şirkətin müzakirəsinə çıxarılıb, nəticədə müvafiq təshih işləri müəyyən edilib və bu uyğunsuzluqların aradan qaldırılması və tövsiyələrin yerinə yetirilməsi istiqamətində işlər aparılıb.

Təkrar nəzarət auditi nəticəsində şirkətin idarəetmə və daxili nəzarət sisteminin genişləndirilməsinin sertifikatlaşdırılmasının daha 1 il müddətə uzadılması tövsiyə edilib.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR