Bank Of Baku

Asiya İnkişaf Bankı: Bu il Azərbaycanda inflyasiya 7,5% olacaq

Asiya İnkişaf Bankı: Bu il Azərbaycanda inflyasiya 7,5% olacaq
# 19 aprel 2011 10:04 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə bu gün Bakıda «Asiyaya nəzər-2011» mövzusunda keçirilən təqdimatda çıxış edən AİB-in Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev qeyd edib ki, AİB-in proqnozlarına əsasən, 2011-ci ildə Azərbaycanda inflaysiyanın 7,5%, 2012-ci ildə isə 7% olacağı gözlənilir.

«Azərbaycanda 2011-2012-ci illərdə ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir ki, bu da ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı atılan addamlarla əlaqəlidir. Digər tərəfdən, milli valyutanın məzənnəsinin sabit saxlanılması da müsbət amildir», - deyə Bankın eksperti vurğulayıb.

Xatırladaq ki, bundan öncə AİB 2011-ci ildə Azərbaycanda inflyasiyanın 4% olacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, Azərbaycan hökuməti 2011-ci ildə ölkədə inflyasiyanın bir rəqəmli olacağını, Beynəlxalq Valyuta Fondu isə 6% təşkil edəcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR