Bank Of Baku

«Joint Leasing» şirkəti lizinqə verdiyi avadanlıqların dəyərini kəskin artırıb

«Joint Leasing» şirkəti lizinqə verdiyi avadanlıqların dəyərini kəskin artırıb
# 19 aprel 2011 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» QSC-nin lizinq portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 29,437 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,63% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalı 21,2% artaraq 4,834 mln. manata, lizinq müqavilələrinin ümumi sayı isə 0,6% azalaraq 168-ə çatıb.

Təhlil olunan dövr ərzində şirkətin bağladığı lizinq müqavilələrinin sayı iki dəfə artaraq 8, lizinqə verilən avadanlıqların dəyəri isə 66% artaraq 610,836 min manat təşkil edib.

Qeyd edək ki, lizinq portfelinin strukturunda tikinti, nəqliyyat, yeyinti, yüngül sənaye və xidmət sahələri daha çox paya malikdir.

Xatırladaq ki, Azərbaycanın aparıcı lizinq şirkətlərindən olan «Joint Leasing» QSC 2007-ci il iyundan «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. «Joint Leasing» şirkətinin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» birgə müəssisəsi isə 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR