Bank Of Baku

Asiya İnkişaf Bankı: Bu il Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda orta iqtisadi artım tempi 6,7% olacaq

Asiya İnkişaf Bankı: Bu il Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda orta iqtisadi artım tempi 6,7% olacaq
# 19 aprel 2011 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda orta iqtisadi artım tempinin 6,7% təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə bu gün Bakıda «Asiyaya nəzər-2011» mövzusunda keçirilən təqdimat mərasimində çıxış edən AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin iqtisadçısı Tatsui Nayakava bildirib.

Onun sözlərinə görə, əgər 2010-cu ildə 8 ölkədə (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) ÜDM-in artım tempi 6,6% təşkil etmişdirsə, 2011-ci ildə bu göstəricinin 6,7%-ə, 2012-ci ildə isə 6,9%-ə çatacağı gözlənilir: «Ümumiyyətlə, Asiya regionu üzrə 2010-cu ildə orta iqtisadi artım tepi 9% olub, 2011-ci ildə bu rəqəmin 7,8%, 2012-ci ildə isə 7,7% təşkil edəcəyi proqnozlaşdırılır».

Qeyd edək ki, AİB 2011-2012-ci illərdə Azərbaycanda ÜDM-in artım tempinin 5,8% olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR