Bank Of Baku

Azərbaycanda ilk dəfə ətirli plastik kartlar buraxılacaq

Azərbaycanda ilk dəfə ətirli plastik kartlar buraxılacaq
# 19 aprel 2011 10:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC ölkədə ilk dəfə olaraq «Visa Elektron Aroma Lemon» və «Visa Classic Aroma Coffee» ətirli plastik kartların emissiyasına başlayacaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kartlar yalnız tərtibatı ilə deyil, üzərindəki şəklin ətri ilə də diqqəti cəlb edir. Belə ki, «Visa Electron Aroma Lemon» kartları limon, «Visa Classic Aroma Coffee» kartları isə qəhvə qoxusu verir. Kartlardakı qoxu 3 il müddətində qalır.

«Visa Electron Aroma Lemon» kartı parlaq rənglərdə dəqiq təsvir edilib və daha fəal həyat tərzi yaşayan müştərilər üçün işlənib hazırlanıb. Əksinə, «Visa Classic Aroma Coffee» kartı öz sakitliyi və kübar qəhvə ətri ilə sakit həyat tərzi yaşayan insanlar üçün işlənib hazırlanıb.

Bankdan bildirilib ki, «Visa Electron Aroma Lemon» və «Visa Classic Aroma Coffee» kartları depozit, əmək haqqı, kredit və debet əməliyyatlarının aparılması üçün emissiya olunacaq. Bu kartlar manat, dollar və avroda hazırlanır, xidmət şərtlərinə görə isə ətirli kartlar adi «Visa» kartlarından fərqlənmir.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın 23 filialı, 54 bankomatı, 283 POS-terminalı və 279 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR