Bank Of Baku

«Expressbank»ın mənfəəti I rübdə kəskin artıb

«Expressbank»ın mənfəəti I rübdə kəskin artıb
# 19 aprel 2011 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin 2011-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 2,559 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,6 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 64,4% artaraq 8,841 mln. manat, o cümlədən faiz gəlirləri 2,2 dəfə artaraq 3,200 mln. manat, qeyri-faiz gəlirləri isə 10% artaraq 1,641 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın ümumi xərcləri 2,2% artaraq 2,282 mln. manat, o cümlədən faiz xərcləri 28,6% artaraq 575 min manat, qeyri-faiz xərcləri isə 4,5% azalaraq 1,707 mln. manat təşkil edib.

Son bir ildə bankın faiz mənfəəti 2,6 dəfə artaraq 2,626 mln. manat, qeyri-faiz zərəri isə 77,6% azalaraq 66,080 min manat olub.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i yerli hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 32 bankomatı və 11 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR