Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı yeni «İnternet Bank» sistemini tətbiq edib

Azərbaycan Beynəlxalq Bankı yeni «İnternet Bank» sistemini tətbiq edib
# 19 aprel 2011 12:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Bankı (ABB) sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər üçün «İnternet Bank» sisteminin yeni versiyasının tətbiqi üzrə işləri başa çatdırıb. Bankın mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu sistem müştərilərə dünyanın istənilən nöqtəsindən öz hesablarını idarə etməyə, bununla da vaxta və pula qənaət etməyə imkan verir.

Sistemin yeni versiyası müştəriyə çoxsaylı imkanlar yaradır. Bura müxtəlif səviyyəli əməkdaşların hesaba çıxışının çevik sisteminin qurulması (5 ierarxiya səviyyəsinə qədər), xüsusi açar-brelok vasitəsilə istənilən kompüterdən hesaba çıxış əldə edilməsi (bu zaman hesaba qanunsuz müdaxilə təhlükəsi olmur), tez-tez təkrarlanan əməliyyatlar üçün şablonların istifadə olunması və bununla da əməliyyatların sürətinin artırılması aiddir. Bundan başqa, yeni sistem müştəriyə əlverişli olan formatda hesabdan çıxarışlar götürmək, istər müştərinin hesabları arasında, istərsə də, ölkədə və xaricdəki şəxslərin hesablarına istənilən köçürmələri həyata keçirmək, valyutanı çevirmək, müddətli əmanətlər açmaq, kreditlər barədə cari məlumatlar almaq və kreditləri ödəmək imkanları yaradır.

«İnternet Bank» xidmətinə qoşulmaq üçün təşkilat və ya şirkət ona xidmət edən bank filialına müraciət etməlidir. Xüsusi anketi doldurub müqavilə bağlayandan sonra müştəriyə «İnternet Bank» sisteminə daxil olmaq üçün məxfi kodlar verilir. Bu sistemə qoşulmaq müştərilərə birinci il ayda 7 manatdan az məbləğə, sonrakı illərdə isə ayda 3 manatdan az məbləğə başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR