Bank Of Baku

Azərbaycanda cari əməliyyatlar balansının müsbət saldosunun ÜDM-ə nisbəti artacaq

Azərbaycanda cari əməliyyatlar balansının müsbət saldosunun ÜDM-ə nisbəti artacaq
# 19 aprel 2011 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) 2011-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının müsbət saldosunun ÜDM-ə nisbətinin artacağını proqnozlaşdırır. «APA-Eclonomics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib.

Bankın proqnozlarına görə, neft gəlirlərinin yüksək olması nəticəsində Azərbaycanın cari əməliyyatlar balansının müsbət saldosunun ÜDM-ə nisbəti yüksək səviyyədə qalacaq: «Bu göstəricinin 2011-ci ildə 27,8%, 2012-ci ildə isə 25%-ə bərabər olacağı proqnozlaşdırılır».

Xatırladaq ki, ölkənin tədiyə balansının tərkib hissəsi olan cari əməliyyatlar balansında əsas yeri xarici ticarət balansı tutur ki, xarici ticarətdə müsbət balans əsasən xammal ixrac edən ölkələrdə müşahidə olunur.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, Azərbaycanın cari əməliyyatlar balansının müsbət saldosu 15,040 mlrd. dollar, onun ÜDM-ə nisbəti isə 27,7%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR