Bank Of Baku

«Dəmirbank»ın pul köçürmələri üzrə uduş kampaniyasının ilk tirajı keçirilib

«Dəmirbank»ın pul köçürmələri üzrə uduş kampaniyasının ilk tirajı keçirilib
# 19 aprel 2011 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC pul köçürmələri üzrə uduş kampaniyasının I tirajında 16 qalib müştərini müəyyən edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat, 10 nəfər hər biri 100 manat məbləğində pul udub.

Pul köçürmələri üzrə uduş kampaniyası 6 ay davam edəcək. Kampaniyanın növbəti tirajı mayın 16-da keçiriləcək.

Qeyd edək ki, «Dəmirbank»ın istənilən filialında «Western Union», «Coinstar», «Contact», «Blizko», «PrivatMoney», «Bıstraya poçta», «Zolotaya Korona» və ya «Şimşək» sistemi ilə ən azı 300 manat (dollar, avro) və ya 9000 Rusiya rublu məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR