Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanın borclanma siyasətini müsbət qiymətləndirir

Asiya İnkişaf Bankı Azərbaycanın borclanma siyasətini müsbət qiymətləndirir
# 19 aprel 2011 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın xarici borclanma sahəsində apardığı liberal siyasəti dəstəkləyir.

«APA-Economics»in məlumatına görə, Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə bu gün Bakıda «Asiyaya nəzər-2011» mövzusunda keçirilən təqdimat mərasimində çıxış edən AİB-in Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev qeyd edib ki, hazırda Azərbaycanın xarici dövlət borcu 3,7 mlrd. ABŞ dolları təşkil edir, bu da ÜDM-in cəmi 4,9%-nə bərabərdir: «Dövlət Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatlarını nəzərə alsaq, Azərbaycanın xarici dövlət borcu o qədər də çox deyil və ölkə istədiyi halda borcunu bir günə ödəyə bilər. Ümumiyyətlə, hazırda Azərbaycan xarici borclanmada liberal siyasətini davam etdirir və AİB bu siyasəti dəstəkləyir».

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda Bankın Azərbaycan üzrə aktiv portfeli 680 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR