Bank Of Baku

Asiya İnkişaf Bankı: Neftin qiymətinin yüksək olması fonunda Azərbaycan hökumətinin sərmayələri artıracağı gözlənilir

Asiya İnkişaf Bankı: Neftin qiymətinin yüksək olması fonunda Azərbaycan hökumətinin sərmayələri artıracağı gözlənilir
# 19 aprel 2011 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il dünya bazarında neftin qiymətinin artması fonunda və qiymətlər 2012-ci ildə də yüksək səviyyədə qalacağı təqdirdə Azərbaycan hökumətinin əsas məqsədi makroiqtisadi stabilliyin qorunub saxlanması olmalıdır. «APA-Economics»in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib.

Onun sözlərinə görə, AİB-in proqnozlarına əsasən, 2011-ci ildə Azərbaycanın neft gəlirlərinin artması ölkədə sosial xərclərin, o cümlədən, infrastruktur xərcləri və biznes mühitinin yaxşılaşdırması üçün xərclərinin bir qədər də artırılmasına imkan yaradacaq.

«Bu il və 2012-ci ildə Azərbaycanda enerji daşıyıcıları məhsulları istehsalının 3-4% artacağı proqnozlaşdırılır», - deyə N.Vəliyev bildirib.

Bununla yanaşı, 2011-ci ildə Azərbaycanın qeyri-neft sektorunda investisiyaların əsas hissəsi ictimai sektorun, əsasən də tikinti sektorunun payına düşəcək: «Azərbaycan hökumətinin 2011-ci ildə ölkənin qeyri-neft sektoruna 4,2 mlrd. ABŞ dolları həcmində investisiya yatıracağı gözlənilir ki, bu da iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyə imkan yaradacaq. Ümumiyyətlə, Bankın proqnozlarına əsasən, 2011-ci ildə Azərbaycanda qefri-neft sektorunun artım tempi 8% təşkil edəcək».

Eyni zamanda N.Vəliyev bildirib ki, 2010-cu ildə ölkədə baş verən təbii fəlakət nəticəsində (Kür çayının daşması) kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağı olub: «Bu il, yaxşı hava şəraiti fonunda və ölkə hökumətinin dəstəyi davam edəcəyi təqdirdə, Azərbaycanın kənd təsərrüfatı sahəsinin stabil inkişaf edəcəyi gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR