Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu daha riskli investisiya siyasətinə keçir

Azərbaycan Dövlət Neft Fondu daha riskli investisiya siyasətinə keçir
# 19 aprel 2011 13:40 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ş.Mövsümovun sözlərinə görə, yaxın vaxtlarda strategiya üzrə təklif və rəylərin alınması gözlənilir.

Xatırladaq ki, Fondun yeni investisiya strategiyasının hazırlanması ilə bağlı işlər artıq müəyyən vaxtdır ki aparılır və bu zərurət bir neçə hökumət sənədlərində, o cümlədən Hesablama Palatasının tövsiyələrində əksini tapıb. Həmçinin, yeni strategiya investisiya alətlərinin çeşidinin genişləndirilməsi, o cümlədən hazırda investisiya siyasətindəki konservativ prinsipin tədricən əvəzlənməsi və daha riskli alətlərə investisiyanın yatırılmasını nəzərdə tutur.

Ş.Mövsümovun sözlərinə görə, ARDNF-in investisiya portfelinin 55%-i ABŞ dolları, 40%-i avro və 5%-i funt sterlinqdə saxlanılır. Eyni zamanda, investisiya portfelinin tərkibində olan qiymətli kağızların təxminən 97%-i A, AA və AAA reytinqli ölkələr və qurumların istiqrazlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR