Bank Of Baku

«Expressbank»ın aktivləri I rübdə 24% artıb

«Expressbank»ın aktivləri I rübdə 24% artıb
# 20 aprel 2011 08:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 173,681 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 24,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təhlil olunan dövr ərzində bankın kredit portfeli 80% artaraq 48,264 mln. manat, depozit portfeli 5,73% azalaraq 105,812 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 2,3 dəfə artaraq 61,096 mln. manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 51 mln. manata çatıb.

Bu dövr ərzində cəmi müştərilərinin sayı 21% artaraq 31 157, o cümlədən fiziki şəxslərin sayı 21,6% artaraq 30 969, hüquqi şəxslərin sayı isə 33% azalaraq 188 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 13,3% artaraq 23 749-a, o cümlədən debet kartları 12% artaraq 23 461-ə, kredit kartlarının sayı isə 288-ə çatıb.

Bundan başqa, bu müddətdə bank tərəfindən əlavə 2 filial, 12 bankomat və 10 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i yerli hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 32 bankomatı, 11 POS-terminalı və 199 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR