Bank Of Baku

Azərbaycanda leqal totalizator məntəqələrinin sayı ilin sonunadək 650-ə çatacaq

Azərbaycanda leqal totalizator məntəqələrinin sayı ilin sonunadək 650-ə çatacaq
# 20 aprel 2011 08:49 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, hazırda Bakıda və regionlarda «Topaz»ın 137 satış məntəqəsi var ki, burların 29-u bölgələrdə yerəşir. İlin sonuna qədər satış məntəqələrinin sayı 650-ə çatdırılacaq. Bunlardan 400-ü Bakıda, 30-u Sumqayıtda, 220-nin isə digər bölgələrdə fəaliyyət göstərməsi planlaşdırılır.

Qeyd edək ki, «Topaz»ın satış məntəqəsini açmaq üçün obyektlər müəyyən tələblərə cavab verməlidir. Belə ki, həmin yer zirzəmi və ya yarımzirzəmi ola bilməz. Satış məntəqələrinə icazə veriləndə orada çayxana və ya televizorun olması üstünlük sayılır. Məntəqənin sahəsi minimum 25 kv. metr olmalı, burada standart təmir tələbləri yerinə yetirilməlidir, o cümlədən, fasad qırmızı rəngdə olmalıdır. Tərəflər arasında müqavilə 1 illik bağlanır və tərəflərin razılığı ilə avtomatik uzadıla bilər. Satış məntəqəsi açmaq istəyən şəxs «Topaz»da 13 min manat məbləğində depozit yerləşdirməlidir. Bunun 3 min manatı oyunların hesabları ilə bağlı variantların qəbul edilməsi üçün xüsusi aparat – terminalın alınması, 10 min manat isə uduşların təmin edilməsi üçün nəzərdə tutulur. Nəticədə, hər məntəqənin 10 min manatlıq uduş üçün limiti formalaşır. Satış məntəqəsi ilə müqavilə pozulanda 12 900 manat sahibkara qaytarılır, 100 manat isə aparatın amortizasiyası xərclərinə çıxılır.

Uduş qazanan müştəri uduş məbləğini istənilən məntəqədən, hətta başqa bölgədə də təqdim edib ala bilər. Hansısa məntəqədə həmin məbləğ olmasa, müştəri digərinə yaxınlaşa bilər, uduş məbləği 2500 manatdan yuxarı olanda isə məbləğ bankdan alınır.

Qeyd edək ki, «Azərİnteltek» QSC 2010-cu il yanvarın 19-da Azərbaycanın mərc oyunları sektorundakı investisiya potensialını qiymətləndirmək məqsədilə yaradılıb. Şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir, təsisçiləri isə «Baltech Investment» MMC, «Ideal Construction» MMC və Türkiyənin «Inteltek Internet Teknoloji Yatırım ve Danışmanlık Ticaret A.Ş.» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR