Bank Of Baku

Gələn ay «United Credit Bank»ın səhmdarlarının iclası keçiriləcək

Gələn ay «United Credit Bank»ın səhmdarlarının iclası keçiriləcək
# 20 aprel 2011 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mayın 18-də Azərbaycanın «United Credit Bank» ASC-nin səhmdarlarının növbədənkənar iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, iclasda səhmdarlar tərəfindən bankın Müşahidə Şurasına yeni üzvün seçilməsi məsələsi müzakirə ediləcək. Belə ki, bankın Müşahidə Şurası tərəfindən yeni üzv kimi Mamed Maqomadovun namizədliyi irəli sürülüb.

V.Əliyev bildirib ki, M.Maqomadovun əvvəllər bankın Müşahidə Şurasının üzvü olan Nurqələm Səlimovun yerinə təyin edilməsi gözlənilir. Hazırda isə bankın Müşahidə Şurasının sədri Hüseyn Marayev, üzvü isə Zaur Zeynalovdur.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib.

Cari ilin aprelin 1-nə bankın aktivləri 43,162 mln. manat, kredit portfeli 33,050 mln. manat, depozit portfeli 14,813 mln. manat, məcmu kapitalı 13,975 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Bankın 6 filialı, 5 bankomatı, 39 POS-terminalı və 118 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR