Bank Of Baku

Yaponiyadan ixracın həcmi azalıb

Yaponiyadan ixracın həcmi azalıb
# 20 aprel 2011 10:06 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin mart ayında Yaponiyadan ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azalıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Yaponiyanın Maliyyə Nazirliyi açıqlama yayıb.

İxracın mənfi dinamikası son 16 ayda ilk dəfədir qeydə alınır. Buna səbəb bu il martın 11-də Yaponiyanın şimalında baş verən dağıdıcı zəlzələ və sunamidir.

Mart ayında Yaponiyanın idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9% artıb. Nəticədə ticarət balansının müsbət saldosu 79% azalaraq 196,9 mlrd. yen (2,38 mlrd. dollar) təşkil edib.

Ekspertlərin fikrincə, yaxın aylarda Yaponiyadan ixrac azalmaqda davam edəcək və ticarət balansının kəsiri meydana gələcək. Bunun əsas səbəbi sənaye müəssisələrinə elektrik verilişində yaranmış fasilələr olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR